Kikboksinq Federasiyasının sabiq vitse-prezidentinə 8 il cəza verildi – 10 milyonluq işbackend

Kikboksinq Federasiyasının sabiq vitse-prezidentinə 8 il cəza verildi – 10 milyonluq iş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 nəfərə qarşı milyonlarla manat dələduzluq etməkdə ittiham edilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Editor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Aydın Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Aydın Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aydın Əhmədov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın ilkin mərhələsində A.Əhmədovun 10 milyon manat dəyərində dələduzluq etdiyi iddia olunurdu. Onun vəkili K.Nəsibov isə məbləğin 5 milyon civarında olduğunu bildirir.

Sözügedən məbləğ turizm sahəsində biznes qurmaq məqsədilə bir neçə nəfərdən alınıb. Zərərçəkmişlər A.Əhmədovla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər. Bundan sonra araşdırmalar aparılıb və nəticədə A.Əhmədov həbs edilib.

Cinayət işi üzrə 6 nəfər zərərəçəkmiş var.

Onu da qeyd edək ki, A.Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin də rəhbəri olub.

Musavat.com