Kreml: Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq hələ də məqsədlərimizdən biridirbackend

Kreml: Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq hələ də məqsədlərimizdən biridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq hələ də Rusiyanın əsas məqsədlərindən biridir”.

Editor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov gündəlik mətbuat konfransında deyib.

Ukraynanın mümkün NATO üzvlüyünün qarşısını almaq istəyinin Rusiyanın bu ölkədə həyata keçirdiyi xüsusi hərbi əməliyyatla əldə etmək olub-olmaması ilə bağlı suala Peskov “qətiyyən” cavabını verib: “bu, ölkəmizin təhlükəsizliyinə ciddi təhlükə yaradacaq”.

Peskovun bəyanatı NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynada olduğu vaxta təsadüf edib. Bundan əlavə, Peskov başqa bir suala cavab olaraq bildirib ki, onlar İngiltərə və Fransanın strateji nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara daxil edilməsini istəyirlər. O, bildirib ki, Rusiya öz əllərindəki nüvə arsenalını müəyyən limitdən aşağı saxlamaq da daxil olmaqla, strateji nüvə silahlarının azaldılması sazişini dayandırıb. Qeyd edək ki, sözügedən saziş Rusiya və ABŞ-ın imzaladığı nüvə silahlarının məhdudlaşdırılması müqavilələrinin sonuncusu idi.

//Gülnarə Abasova, Editor.az