Krıma hücum olarsa, Ukraynanı qiyamət günü gözləyir – ŞOK HƏDƏbackend

Krıma hücum olarsa, Ukraynanı qiyamət günü gözləyir – ŞOK HƏDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Krıma qoşun yeritməyə cəhd edəcəyi təqdirdə Kiyevə “Qiyamət günü” vəd edib.

Editor.az publika.az-a istinadən xəbər verir ki, o, bunu Volqoqrad vilayətinə səfəri zamanı İkinci Dünya müharibəsi veteranları ilə görüşündə deyib.

“Belə bir şey baş verərsə, oradakıların hamısı üçün qiyamət bir anda gələcək – çox sürətli və ağır. Buna baxmayaraq, onlar bu cür bəyanatlarla ümumi vəziyyəti təhrik etməkdə davam edirlər”, – Medvedyev bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna və NATO ölkələrinin Krımın Rusiyanın ərazisi kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün “sistemli təhlükə”dir.

Rusiya TŞ-nin sədr müavini əlavə edib ki, NATO ölkələrinin silahları hələ də Rusiya Federasiyasına yönəlib. Onun sözlərinə görə, Rusiya NATO və onun üzvləri üçün prioritet hədəf olaraq qalır.