Kütləvi davada xəsarət aldı: xəstəxanada öldübackend

Kütləvi davada xəsarət aldı: xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlarda oyun vaxtı kütləvi davada xəsarət alan 29 yaşlı futbolçu Misael Sançes xəstəxanada keçinib.

Publika.az xəbər verir ki, təcrübəli oyunçu xəstəxanaya yerləşdirildikdən 13 gün sonra dünyasını dəyişib.

Məlumata görə, hadisə iki həftə əvvəl həvəskar komandalar arasında keçirilən matçda gerçəkləşib.

Belə ki, baş hakimin qərarlarından narazı qalan hər iki komandanın futbolçuları və qarşılaşmanı izləyənlər final fitindən sonra onun üzərinə hücum çəkiblər.

Polis ölən futbolçuya ağır bədən xəsarəti yetirməkdə ittiham olunan 46 yaşlı şəxsi qandallayıb.