Latviya səfərbərlikdən qaçan ruslara humanitar viza verməyəcəkbackend

Latviya səfərbərlikdən qaçan ruslara humanitar viza verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Rusiya prezidenti Vladimir Putinin 21 sentyabr 2022-ci ildə elan etdiyi səfərbərlikdən qaçan ruslara humanitar viza verməyəcək.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs öz Tvitter hesabında məlumat verib.

“Təhlükəsizlik baxımından Latviya səfərbərlikdən qaçan Rusiya vətəndaşlarına humanitar və ya digər vizalar verməyəcək və sentyabrın 19-da tətbiq edilən Şengen vizası ilə Rusiya vətəndaşları üçün sərhədi keçmək məhdudiyyətlərini dəyişməyəcək”, – Rinkeviçs bildirib.

Bundan əlavə, Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanın təşəbbüsü ilə həyata keçirilən səfərbərliklə bağlı birgə fəaliyyətlə bağlı müttəfiqlər və tərəfdaşlarla gələcək məsləhətləşmələri açıqlayıb.

“Ukraynaya gələcək dəstəyi və regionda mümkün əlavə təhlükəsizlik tədbirlərini müzakirə etmək lazımdır”, – deyə o, bildirib.

//Gülnarə Abasova, Editor.az