Lavrovdan Türkiyə ilə bağlı ŞOK SÖZLƏR: “Əsla olmaz”backend

Lavrovdan Türkiyə ilə bağlı ŞOK SÖZLƏR: “Əsla olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Suriyada hərbi gərginlik əsla qəbul edilə bilməz”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada suriyalı həmkarı Faysal Mikdadla birgə mətbuat konfransında belə deyib. O bildirib ki, Rusiya və Suriya Türkiyənin mümkün hərbi əməliyyatlarının qarşısını almaq üçün Ankara ilə müzakirələrə hazırdır. Diplomatın sözlərinə görə, Rusiya, Türkiyə və Suriya arasında münasibətlərin yaxşılaşması üçün illərdir səy göstərir.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik ərazisi ilə bağlı tədbirləri tamamlamaq üçün antiterror əməliyyatları keçirəcəyini bəyan edib.

Musavat.com