MAQATE-dən Zaporojya üçün “təhlükəsiz zona” təklifibackend

MAQATE-dən Zaporojya üçün “təhlükəsiz zona” təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada, xüsusilə Zaporojya və Çernobildəkı atom elektrik stansiyaları və obyektləri ilə bağlı hazırladığı hesabatı ictimaiyyətlə bölüşüb.

Editor.az xarici mediaya istinadən bildirir ki, sentyabrın 1-də Avropanın ən böyük atom elektrik stansiyası hesab edilən Zaporojya Atom Elektrik Stansiyasına səfər və Agentliyin bu ərazi üçün yaratdığı xüsusi missiyanın işinin yer aldığı hesabatda son vəziyyətlə bağlı məlumat verilib.

Hesabatda Atom elektrik stansiyasının fiziki bütövlüyünün vacibliyinə diqqət çəkilib. Həmçinin Agentlik tərəfindən göndərilən nümayəndələrin stansiyanın ətrafında baş verən partlayış və toqquşmalara şahidlik etdiyi, stansiyaya dəyən müxtəlif zərərlə bağlı görüntülərinin yer aldığı bildirilib.

Hesabatda AES-in fiziki bütövlüyünün qorunmamasının ciddi fəsadlar yaradacağına diqqət çəkilərək münaqişələrin vurduğu zərərin hələlik radiasiya səviyyəsinə təsir etmədiyi, əksinə münaqişələr davam edərsə, bunun fövqəladə vəziyyətə gətirib çıxara biləcəyini bildirib.

//Safura Bənnayeva, Editor.az