Mərkəzi Bank və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə davam edir – “Veysəloğlu” valyuta vəsaitini xaricdən niyə geri qaytarmayıb?backend

Mərkəzi Bank və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə davam edir – “Veysəloğlu” valyuta vəsaitini xaricdən niyə geri qaytarmayıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Veysəloğlu” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə növbəti dəfə Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə sabah, aprelin 4-də baxılacaq.

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Adil Oğlu Allahverdidir. MMC “Veysəloğlu qrup”a daxildir. Həmin şirkətlər qrupunun qanuni təmsilçisi isə Aydın Veysəl oğlu Talıbovdur.