Məşhur jurnalist Andrey Karaulova cinayət işi açıldıbackend

Məşhur jurnalist Andrey Karaulova cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı jurnalist Andrey Karaulovla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva bölməsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət işi açıb.

Editor.az bildirir ki, bu barədə aprelin 19-da Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. Nəşr müəyyən edib ki, iş materiallarında Karaulovun Moskvada kirayə verdiyi “ən azı 50 mənzilin” faktiki sahibi olduğu yazılıb.

Rusiya hüquq-mühafizə orqanları hesab edir ki, şəhər boyu bir və iki otaqlı mənzillərdən ibarət olan əmlak təbliğatçıya 2019-cu ildən 2023-cü ilə qədər ən azı 4,8 milyon rubl gəlir gətirib . Bu rəqəm 100 milyon rubla çata bilər.

“Kommersant” yazır ki, Karaulov yaxınlığında aşkarlanan mənzillərin təxmini dəyəri 1 milyard rubldan çoxdur və onun 2016-2022-ci illər üçün “jurnalist fəaliyyətindən” rəsmi olaraq bəyan etdiyi gəliri təxminən 5,3 milyon rubl təşkil edib. Nəşr vurğulayır ki, Karaulov sahibkar kimi qeydiyyatda deyil, ona görə də ona “fiziki şəxs tərəfindən vergidən yayınma” maddəsi ilə ittiham irəli sürülə bilməz. Jurnalistlər qeyd edirlər ki, təbliğatçının təqsiri sübuta yetirilərsə, ondan “cinayət aləti” kimi həm “qanunsuz əldə etdiyi gəlir”, həm də mənzillər müsadirə oluna bilər. Karaulov özü Telegram kanalında baş verənləri “tam cəfəngiyat” adlandırıb.

  //Samir Qurbanov,Editor.az