Məşhur MMA döyüşçüsü faciəvi şəkildə həlak olubbackend

Məşhur MMA döyüşçüsü faciəvi şəkildə həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 yaşlı qarışıq döyüş ustası Felipe Kolares Braziliyanın Rio-de-Janeyro şəhərində vəciəli şəkildə vəfat edib.

Editor.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Məlumata görə, idmançı məşqdən qayıdarkən onu avtobus vurub. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, onu xilas etmək mümkün olmayıb. Kolares aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İdmançının 10 aylıq uşağı atasız qalıb. Xatırladaq ki, Felipe Colares 2019-cu ildən 2022-ci ilə qədər UFC-də yarışıb. O, ağır çəki divizionunu təmsil edib. Braziliyalının 6 döyüş keçirib, 2 qələbə qazanıb və 4 dəfə məğlub olub. Onun Dominqo Pilarte və Luke Sanders-i məğlub etməsi xüsusilə yaddaşlara həkk olunub. Colares 2022-ci ilin mayında Ceyza Huperə məğlub olduqdan sonra UFC-ni tərk etdi.

Ümumilikdə MMA-da peşəkar döyüşlərdə Felipe Kolares 15 döyüş keçirib və 11 qələbə qazanıb. UFC-dən kənarda o, uduzmayıb. Colares son döyüşünü bu ilin fevral ayında Fransada Ares FC 12 turnirində keçirib və boğucu fəndlə erkən qələbə qazanıb.

  //Samir Qurbanov,Editor.az