Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”backend

Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş ərazilərə istər yol infrastrukturunun, istərsə də dəmir yolu infrastrukturunun genişlənməsi, şaxələnməsi istiqamətində 2022-ci ildə kifayət qədər əhəmiyyətli investisiyalar yatırılıb”.

“Report” xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan, ümumiyyətlə regionun inkişafı üçün prioritet olduğu vurğulanıb: “Bu istiqamətdə konkret olaraq Horadiz-Ağbənd dəmir yolunu qeyd etmək istərdim. Burada işlərin böyük əksəriyyəti, əhəmiyyətli bir hissəsi artıq 2022-ci ildə başa çatıb. Qarşıdan gələn illər ərzində, yəni 2023-2024-cü illərdə bu layihənin tam şəkildə, yəni ən azından Azərbaycan hissəsinin başa çatdırılmasını planlaşdırırıq”.