Neftçalada vəzifə uğrunda mübarizə – İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər…backend

Neftçalada vəzifə uğrunda mübarizə – İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər…

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Şirvan-Salyan Regional filialının sabiq direktoru Zəfər Nağıyev yaxın günlərdə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbər gətirilir.

Bu barədə rayon sakinləri məlumat verib.

Təqribən 15 gündür boş qalan sözügedən vəzifəyə təyinat üçün Zəfər Nağıyevin hazırda məzuniyyətdə olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun da razılığını aldığı deyilir.

Zəfər Nağıyev

 

Zəfər Nağıyevin əsas rəqibi hesab olunan Elsevər Əsədov da sözügedən vəzifəyə iddialıdır.

Məlumata görə, hazırda Zəfər Nağıyevlə Elsevər Əsədov arasında ciddi mübarizə gedir.
Qeyd edək ki, Elsevər Əsədov hazırda Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin sədr müavinidir.

Məsələ ilə bağlı Zəfər Nağıyev saytımıza bildirib ki, onun vəzifəyə getmək iddiası yoxur: “Hazırda Bakıda çalışıram, DSMF-dən də öz ərizəmlə çıxmışam. Vəzifə almaq üçün heç bir müraciət etməmişəm”.

Demokrat.az