Nigeriyada kilsəyə hücum zamanı 45 nəfər qaçırılıbbackend

Nigeriyada kilsəyə hücum zamanı 45 nəfər qaçırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Kaduna Xalq Birliyinin prezidenti Awemi Maisamari yerli mətbuata verdiyi açıqlamada motosikletli silahlı şəxslərin Qərbi Afrika ölkəsi Nigeriyanın Kaduna əyalətinin Kajuru rayonunda kilsəyə hücum etdiyini bildirib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Maisamari qeyd edib ki, hücumda kilsə və ətrafdan 45 nəfər qaçırılıb, çoxlu sayda yaralı var. Maisamari silahlı şəxslər tərəfindən qaçırılan bəzi şəxslərin ailələri ilə əlaqə saxladığını və fidyə tələb olunduğunu bildirib. Ölkədə silahlı şəxslərin motosikletlərə hücumu səbəbilə bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu adi haldır. Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində silahlı şəxslərə fidyə ödəmək qadağan edilib.

//Gülnarə Abasova, Editor.az