Nyu-York nüvə zərbəsinə hazırlaşırbackend

Nyu-York nüvə zərbəsinə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York telekanallarında yayımlanan bir videoda insanların mümkün nüvə zərbəsi zamanı nə etməli olduğu əyani şəkildə izah edilir.

Editor.az Amerika mənbələrinə istinadən xəbər verir ki, bu, şəhərin Fövqəladə Halların İdarə Edilməsi Departamentinin təlimatı əsasında həyata keçirilir. Videoda sağ qalmaq üçün ən vacib şərtlər sadalanır: qapalı yerlərdə, ən çox da zirzəmidə gizlənmək, pəncərələrdən uzaq durmaq və baş verənlər haqqında məlumat mənbəyi tapmağa çalışmaq. Partlayış zamanı küçədə olan hər kəs təcili olaraq radioaktiv tozdan təmizlənməlidir. Bu vəziyyətə düşənlərə səlahiyyət sahiblərinin icazəsi olmadan evlərini tərk etməmək tövsiyə olunur.

  Editor.az