Oğuzda dörd məcburi köçkün ailəsinin yaşadığı ev kül oldu – FOTObackend

Oğuzda dörd məcburi köçkün ailəsinin yaşadığı ev kül oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuzda dörd məcburi köçkün ailəsinin yaşadığı ev yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, dörd ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb.

Hadisə yerində Oğuz və Şəkidən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.