Pakistan Hərbi Hava Qüvvələri Pəncşiri bombalayır? – İDDİAbackend

Pakistan Hərbi Hava Qüvvələri Pəncşiri bombalayır? – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda müqavimət qüvvələrinin son istehkamı olan Pəncşir əyaləti Pakistan Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarələri tərəfindən bombalanıb.

Bu barədə “Aamaj News” keçmiş Səməngan millət vəkili Zia Arianjada istinadən xəbər yayıb. Bazar günü axşam saatlarında, “Taliban”a qarşı müqavimət hərəkatına rəhbərlik edən Əhməd Məsudun sözçüsü Fahim Daşti, Pəncşirdə “Taliban”la döyüşlər zamanı öldürülüb. “Asvaka Xəbər Agentliyi” xəbər verir ki, Əhməd Şah Məsudun qardaşı oğlu və keçmiş tanınmış mücahid komandirlərindən olan general Sahib Əbdül Vadud Zhor da döyüşdə həlak olub.

Bu arada, Pənçir vadisindəki müqavimət qüvvələri döyüşdə ağır itkilər verdikləri barədə xəbərlər çıxdıqdan sonra atəşkəsə çağırıb. Milli Müqavimət Cəbhəsi “Taliban”a Pəncşirdən çəkilməyi təklif edib və bəyan edib ki, bunun qarşılığında hərbi əməliyyatdan çəkinəcək.