“Pençe-Kilit” əməliyyatında PKK-ya ağır zərbə vurulubbackend

“Pençe-Kilit” əməliyyatında PKK-ya ağır zərbə vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı qüvvələri İraqın şimalındakı “Pençe-Kilit” bölgəsində xüsusi əməliyyatlarını davam etdirir. Editor.az “Sabah” qəzetinə istindən xəbər verir ki, əməliyyatlar zamanı 4 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə açıqlamanı Türkiyə Müdafə Nazirliyi verib.

“Terrorçular harda olursa, hədəfimiz oradır. “Pençe-Kilit” əməliyyat bölgəsində fəaliyyətimiz uğurla davam etdirilir. Türk ordusu dayanmadan gecə və gündür terrorçulara qarşı mübarizə aparır”,-deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

//Nəzərbəy Hacıağayev, Editor.az