Pentaqon hazırda Ukraynanın döyüş meydanında silahlara olan əsas ehtiyacını açıqlayıbbackend

Pentaqon hazırda Ukraynanın döyüş meydanında silahlara olan əsas ehtiyacını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon rəhbəri Lloyd Ostin hesab edir ki, hazırda ukraynalıların döyüş meydanında əsas ehtiyacı uzaq mənzilli hava hücumundan müdafiə sistemləridir.

Editor.az bu barədə “Amerikanın səsi” nə istinadla xəbər verir.

“Hazırda ukraynalıların əsas ehtiyacı hava hücumundan müdafiədir. Bu, döyüş meydanında kritik ehtiyacdır. Həmçinin uzaqmənzilli silahlara və zirehli texnikaya ehtiyacı var. Biz də onları bu cür imkanların mühüm paketi ilə təmin edir, təlim keçir və zəmanət veririk”, – Ostin bildirib.

Ostin müharibənin indiki mərhələsində “F-16” ların Ukraynaya kömək etməyəcəyini də vurğulayıb.

Politico-nun yazdığı kimi, Qərb Ukraynanı yazın sonunda əks-hücum üçün intensiv şəkildə hazırlayır. Bəzi ölkələr artıq hərbi yardımın əhəmiyyətli dərəcədə artdığını bəyan ediblər. Paketlərə indi daha çox zirehli texnika, döyüş sursatı və mühəndislik vasitələri daxildir.

//Gülnarə Abasova, Editor.az