backend

Putin hərbi təlimləri izləməyə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Vladimir Putinin “Qərb-2017″ hərbi təlimlərinin gedişatını izləməyə qatılarkən hər hansı bəyanatla çıxış edəcəyi gözlənilmir”.
 
bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
Qeyd edək ki, “Qərb-2017” hərbi təlimləri 14-20 sentyabrın tarixlərində Belarus ərazisində və Rusiyanın 3 poliqonunda keçirilir.
Məlumata görə, hərbi təlimlərdə 12,7 min hərbçidən ibarət şəxsi heyət iştirak edir.
Bundan başqa, təlimlərə 370 ədəd zirehli texnika, 150 ədəd artilleriya qurğusu və 40-dan artıq təyyarə və vertolyot cəlb edilib.
//Trend