PUTİNDƏN NÖVBƏTİ NÜVƏ HƏMLƏSİ – Bu təyyarələr də nüvə bombaları daşıyacaqbackend

PUTİNDƏN NÖVBƏTİ NÜVƏ HƏMLƏSİ – Bu təyyarələr də nüvə bombaları daşıyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ilə Rusiya arasında gərginliyin artdığı bir vaxtda F-35A Joint Strike Fighter qırıcısı nüvə silahı daşımaq üçün sertifikat alıb.

Öz sinfində nüvə silahı daşımaq üçün yaşıl işıq yandırılan ilk gizli döyüş təyyarəsi olan F-35A Joint Strike Fighter artıq B61-12 tipli nüvə bombalarını daşıya biləcək.

B61-12-lərin İkinci Dünya müharibəsində Yaponiyaya atılan raketlərdən 24 dəfə güclü olduğu bildirilir.

F-35A Joint Strike Fighter ofisinin sözçüsü Russ Goemaere “Breaking Defence”a verdiyi açıqlamada deyib: “F-35 Nüvə Sertifikasiyası araşdırması 16 müxtəlif hökumət və sənaye tərəflərindən ibarət nüvə təşəbbüsünün 10 ildən çox davam edən gərgin səylərinin nəticəsidir. Sertifikatının planlaşdırılan tarixdən çox əvvəl verilməsi ABŞ və NATO üçün kritik bir qabiliyyət təmin etdi”.

Goemaere sözügedən nüvə raketlərinin F-35-lərə quraşdırılmasının gözlənildiyini və sınaq prosesinin bir il ərzində tamamlanacağını bildirib.

Bununla da F-35A-lar artıq həm adi, həm də nüvə müharibəsində istifadə oluna bilən ikili qabiliyyətli döyüş təyyarələri halına gəlib. “Breaking Defence”dəki xəbərə görə, hazırda yalnız F-35A B61-12 tipli nüvə bombası daşımaq üçün sertifikata malikdir. Sertifikatlaşdırma F-35B və F-35C-ni əhatə etmir.

Bundan əlavə, proqram çərçivəsində yalnız B61-12 model taktiki nüvə bombasının istifadəsinə icazə verilib. (musavat.com)