Qələbədən sonra Ukrayna Rusiayaya qarşı ərazi iddiaları irəli sürə bilər?backend

Qələbədən sonra Ukrayna Rusiayaya qarşı ərazi iddiaları irəli sürə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya üzərində qələbədən sonra Ukrayna özünə yeni ərazilər birləşdirə bilər.

Editor.az xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib. O, hesab edir ki, Rusiya Federasiyasının öz ərazilərindən məhrum edilməsi mövqeyi yanlışdır. “Biz qərar verməliyik və nə vaxtsa dayanmalıyıq. 1991-ci il var – Sovet İttifaqının dağılması, dövlət sərhədlərinə çevrilmiş inzibati respublikaların sərhədləri var. Onlar bütün dünya və BMT tərəfindən tanınıb. Biz bunları qəbul etməliyik”, – ekspert deyib. O, 1919-cu ilə qədər Ukraynaya, indi isə Rusiyaya aid olan bəzi əraziləri xatırdaraq, bunu Ukraynanın onlara qarşı iddialarının nəticəsi adlandırıb. “Sonra əbədi müharibə başlayacaq. Bunu qəbul və istifadə etmənin yeganə yeganə yolu odur ki, qələbəmiz nəticəsində Rusiya dağılacaq, ayrı-ayrı subyektlərə parçalanacaq.

Bu zaman biz istisnasız beynəlxalq hüquq normalarına uyğun hərəkət etməliyik ki, heç bir iddia olmasın. Bunun üçün iki referendum keçirilməlidir: birincisini Ukraynaya birləşmək istəyən torpaqlarda, ikincisini Ukraynada – biz bu torpaqları öz dövlətimizə birləşdirmək istəyirikmi”, – Jdanov bildirib. Ekspert hərbi əməliyyatlar və ya danışıqlardan sonra Rusiyanın hansısa hissəsini Ukraynaya qatmaq cəhdlərinə qarşı xəbərdarlıq edib. “Bu, müharibənin uzadılması olacaq. Düşmən onu başlamaq üçün güc toplayacaq.

Əgər biz dünyaya tanınmış sərhədlərimiz baxımından getsək, düşmənin cəzası döyüş meydanında məğlubiyyət olacaq”, – Jdanov əlavə edib. II Yekatterinanın “taleyini” Odessa əhalisi həll edəcək Odessadakı Rusiya İmperatoru II Yekaterinanın şərəfinə ucaldılan abidənin taleyini şəhər ictimaiyyəti həll edəcək. Eitor.az bildirir ki, bu barədə Odessa şəhərinin rəsmi saytı məlumat verib. Əvvəlcə 19 sentyabr 2022-ci il saat 12:00-da bununla bağlı internet konfransı şəklində ictimai müzakirə keçiriləcək. Bu müzakirələrin aparılması üçün səlahiyyətli şəxs qismində Odessa Şəhər Şurasının Mədəni İrs Obyektləri İdarəsi çıxış edəcək. İctimai müzakirələr nəticəsində daxil olan təklifləri nəzərə alaraq, sentyabrın 20-dən oktyabrın 20-dək Odessa Şəhər Şurası bu məsələ ilə bağlı Odessa ərazi icması arasında elektron sorğu keçiriləcək.

   //Samir,Editor.az