Qərb artıq iqtisadi bazara müdaxilə edir: “Bu da tənqidlərin yaranmasına səbəb olur”- AÇIQLAMAbackend

Qərb artıq iqtisadi bazara müdaxilə edir: “Bu da tənqidlərin yaranmasına səbəb olur”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələri dekabrın 5-dən etibarən Rusiya neftinin Avropa İttifaqı tərəfindən müəyyən edilən bir barel üçün 60 dollar məbləğində qiymət həddinin qüvvəyə minməsi ilə bağlı qərar qəbul edib.

Hələlik məhdudiyyət xam neftə təsir edəcək və fevralın 5-dən neft məhsulları üçün qiymət həddi tədbiq ediləcək.

Maraqlıdır, bu məhdudiyyətlərin səbəbi nədir? Dövlətlərin iqtisadi bazara bu şəkildə müdaxiləsi düzgündür?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, Rusiya və Ukrayna arasında gedən müharibə bir çox istiqamətlərdə müxtəlif davranışların müşahidə edilməsi ilə nəticələnir:

“Qərbin Rusiya neftinə maksimum tavan həddinin qoyulması iqtisadi cəhətdən doğru olmayan bir yanaşmadır.
Bəs Rusiyanın Avropanı öz enerji asıllığında saxlaması doğru addımdır? Müəyyən hallarda Qərbin bu kimi tənzimləmə prosesi tənqid olunur, çünki artıq bazarlara müdaxilə etmiş olur. Niyə uzun illərdir ki, Rusiya Orta Asiya ehtiyatlarının Avropaya çıxışında maraqlı tərəf olmayıb? Bu ədalətli, liberal iqtisadiyyata uyğundur? Bütün ölkələr bacardıqları qədər əllərində olan vasitələrlə qarşı tərəfə təzyiq etməyə çalışırlar. Əgər Rusiya Avropanın enerji asıllığını 40%-ə qədərini öz əlində saxlayıb ona təsir edirsə, neftin 3-cü ölkələr vasitəsilə satışını həyata keçirirsə, Qərb də qarşılığında öz imkanlarından istifadə edəcək. Burada ədalət axtarmağın mənası yoxdur. Ən böyük ədalətsizlik isə hərbi təcavüzdür. Bir ölkə daxilində insan qətli, uşaqların öldürülməsi qarşılığında tavan qiymətin tətbiqi böyük problem kimi qəbul edilməməlidir. Burada bir məqsəd var. Təcavüzkar ölkənin cinayətlər həyata keçirmək üçün əldə etdiyi valyuta kanallarının qarşısını almaqdır. Rusiya gəlirlərinin azalması onun təcavüzdən yayınmasına səbəb olacaq”.

//Safura Bənnayeva, Editor.az