Qərb mediası: “Reaper” hadisəsindən sonra ABŞ-ın Qara dənizdəki kəşfiyyat imkanları azalıbbackend

Qərb mediası: “Reaper” hadisəsindən sonra ABŞ-ın Qara dənizdəki kəşfiyyat imkanları azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“MQ-9 Reaper” pilotsuz uçuş aparatının qəzaya uğramasından sonra Qara dənizdə uçuş marşrutlarını dəyişən ABŞ-ın kəşfiyyat məlumatı toplama imkanlarının məhdudlaşdığı bildirilib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Departamentindəki mənbə CNN-ə deyib.

Adı açıqlanmayan başqa bir mənbə yeni marşrutların yaradılması istiqamətində ABŞ prezidenti Co Bayden administrasiyasının Moskva ilə birbaşa münaqişəyə çevrilə biləcək məsələlərdən qaçmaq cəhdini görüb. Bu mənbə uzaqdan uçuşların bir müddət də davam edəcəyini, lakin köhnə marşrutlara qayıtmaq istəyinin olduğunu bildirib.

Qeyd edək ki, CNN bir həftə əvvəl bildirmişdi ki, ABŞ İHA uçuşları Krımı və Şərqi Qara dənizi əhatə edən hava məkanından uzaqlaşdırıb. Flightradar24 portalının məlumatları bu xəbəri təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az