Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıbbackend

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

Bu barərə DİM-dən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 17-dən 22 avqust saat 23:59‑dək bu linkə daxil olaraq ixtisas seçimi edə bilərlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında bəzi statistik məlumatları da təqdim edirik.

Avqustun 13-də keçirilən imtahanda namizədlərdən 769 nəfər müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramlarla tanış ola bilərsiniz:

Müalicə işi, pediatriya istiqaməti (Hərbi tibb fakültəsinin məzunları nəzərə alınmamışdır)

Minimal bal: 50

Maksimal bal: 87

Namizədlərin sayı:586

Ballar üzrə histoqram

Bal intervalları Namizədlərin sayı Cəmi
96 – 100 0 0
91 – 95 0 0
86 – 90 5 5
81 – 85 19 24
76 – 80 51 75
71 – 75 77 152
66 – 70 114 266
61 – 65 130 396
56 – 60 99 495
51 – 55 76 571
50 15 586

 

Stomatologiya istiqaməti

Minimal bal : 51

Maksimal bal : 81

Namizədlərin sayı : 39

Bal intervalları Namizədlərin sayı Cəmi
96 – 100 0 0
91 – 95 0 0
86 – 90 0 0
81 – 85 1 1
76 – 80 7 8
71 – 75 8 16
66 – 70 5 21
61 – 65 8 29
56 – 60 6 35
51 – 55 4 39
50 0 39

 

Tibbi profilaktika istiqaməti

Minimal bal : 50

Maksimal bal : 86

Namizədlərin sayı : 83

 

Ballar üzrə histoqram

Bal intervalları Namizədlərin sayı Cəmi
96 – 100 0 0
91 – 95 0 0
86 – 90 2 2
81 – 85 5 7
76 – 80 10 17
71 – 75 15 32
66 – 70 15 47
61 – 65 14 61
56 – 60 10 71
51 – 55 10 81
50 2 83