Robert Kennedi ABŞ prezidentliyə namizəd olacaqbackend

Robert Kennedi ABŞ prezidentliyə namizəd olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin 69 yaşlı qardaşı oğlu, vəkil Robert Kennedi 2024-cü il ABŞ prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə məşhur dövlət başçısının qohumu sosial şəbəkədə yazıb: “Mən bu gün Demokratlardan ABŞ prezidentliyinə namizədliyimi elan etmək üçün buraya gəldim”. Siyasətçinin sözlərinə görə, o, Birləşmiş Ştatların prezidenti kimi öz vəzifəsini “dövlət aparatı ilə korporasiyaların hakimiyyəti arasında korrupsioner əlaqəni” məhv etmək kimi görür.

Qeyd edək ki, Robert Kennedi ətraf mühitlə bağlı məhkəmə işləri üzrə ixtisaslaşmış vəkildir. O, ABŞ-da koronavirusla bağlı qadağalar zamanı peyvənd əleyhinə hərəkatın üzvü kimi fəal olub. Kiçik Kennedi Amerikanın hazırkı prezidenti Co Bayden kimi, Demokratlar Partiyasından namizəd olmaq niyyətindədir.

  //Samir Qurbanov,Editor.az