Rusiya bir addımla bunu dayandıra bilər – Kremldən SƏRT XƏBƏRDARLIQbackend

Rusiya bir addımla bunu dayandıra bilər – Kremldən SƏRT XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-a zənginləşdirilmiş uran tədarükünü dayandırarsa, bunun Vaşinqton üçün reaktorları bağlamağa qədər mənfi nəticələri ola bilər.

Bu barədə “The Hill” yazıb.

Nəşr bildirib ki, Rusiya Vaşinqtonu bu ehtimala qarşı xəbərdar edərək, zənginləşdirilmiş uranın ABŞ-a daşınmasını cəmi bir addımla dayandıra biləcəyi mesajını verib.

“Bu, reaktorların dayanmasına səbəb ola bilər. Ölkənin bəzi bölgələrində nüvə enerjisinin istehsal olunan həcminin 20 faizini təşkil etdiyini nəzərə alsaq, elektrik enerjisi qiymətləri bugünkü inflyasiyanı belə keçə bilər”, – məqalədə qeyd edilib.

ABŞ və Avropa İttifaqında (Aİ) istifadə edilən bir çox reaktorun Rusiyada istehsal edildiyini və Moskvanın bu reaktorlar üçün komponentləri tədarük etdiyini xatırladan nəşrin ekspertləri Moskva ilə Qərb arasında gərginliyin artmaqda davam edəcəyi təqdirdə atom elektrik stansiyalarının fəaliyyətlərinin dayana və istehlakçılar üçün elektrik enerjisi kəsintisi yarana biləcəyini deyiblər.

Teleqraf.com