Rusiya hakerlərindən Yaponiyaya kiberhücumbackend

Rusiya hakerlərindən Yaponiyaya kiberhücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti internet portalının kiberhücuma məruz qaldığını açıqlayıb. Hadisəyə görə məsuliyyəti rusiyalı haker qrupu öz üzərinə götürüb.

Editor.az xarici mediaya istinadən bildirir ki, avqustun 6-da Yaponiya hökumətinin internet portalının sındırıldığı bildirilir. Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi də eLTAX vergi portalına girişin müvəqqəti olaraq bloklandığını təsdiqləyib.

Rusiyayönlü haker qrupu Killnet öz Telegram kanalında Yaponiyanın onlayn ictimai xidmətlərini və elektron vergi sistemini hədəf aldığını elan edən bir mesaj yayımlayıb.

Qeyd edək ki, Killnet haker qrupunun adı işğalı zamanı Ukraynaya dəstək verən ölkələrə məxsus internet saytlarına silsilə kiberhücumlar edilməsi xəbəri ilə gündəmə gəlib.

//Safura Bənnayeva, Editor.az