Rusiya ordusu dilemma qarşısındabackend

Rusiya ordusu dilemma qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın cənuba hücumu fonunda rus komandirləri dilemma ilə üzləşiblər: Donbasdakı hücumu dəstəkləmək üçün operativ ehtiyatları səfərbər etmək, yaxud cənubda Ukrayna qüvvələrindən müdafiə olunmaq?

Editor.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir. “Son 24 saat ərzində üç cəbhədə ağır döyüşlər gedir: şimalda Xarkov yaxınlığında, şərqdə Donbassda və cənubda Xerson bölgəsində. Rusiyanın əsas səyləri ehtimal ki, Donbassda Baxmuta doğru hücumla bağlıdır.

Lakin komandirlər dilemma ilə üzləşiblər: ya bu hücumu dəstəkləmək üçün əməliyyat ehtiyatlarını səfərbər etmək, ya da cənubda Ukrayna hücumundan müdafiə olunmaq. Britaniya kəşfiyyatı hesab edir ki, 500 km-dən çox məsafəyə səpələnmiş çoxsaylı və eynizamanlı təhdidlər Rusiyanın əməliyyat planını əlaqələndirmək və resursları ayrı-ayrı qüvvələr arasında bölüşdürmək qabiliyyətini göstərəcək. Müharibənin əvvəlində Rusiyanın bunu edə bilməməsi silahlı qüvvələrlə zəif işin əsas nəticələrindən biridir. ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Pat Rayder sentyabrın 7-də Ukrayna qüvvələrinin Xerson yaxınlığındakı bir neçə kəndə nəzarəti bərpa etdiyini təsdiqləyib. KİV-in məlumatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası son iki ayda Ukrayna hərbçilərinin hərbi yardımla bağlı konkret müraciətlərini təmin edərək, cənubda əks-hücum hazırlıqlarına kömək edir.

  //Samir,Editor.az