Rusiya Prezidenti niyə Luqansk və Xersona səfər etdi?-ISW səbəbləri AÇIQLADIbackend

Rusiya Prezidenti niyə Luqansk və Xersona səfər etdi?-ISW səbəbləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Luqansk və Xerson vilayətlərinə səfərinin bir sıra səbəbləri var.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildirir.

Analitiklər vurğulayıblar ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Avdiivka- ön cəbhə xəttinə səfərinə kölgə salmaq üçün Kreml Putinin səfərinin təfərrüatlarını qəsdən yayıb.

Həmçinin, ekspertlər hesab edirlər ki, Putinin səfəri əks-hücum ərəfəsində potensial günah keçilərini açıq şəkildə müəyyən etmək məqsədi daşıyırdı.

Analitiklər həmçinin qeyd ediblər ki, Putin, Kreml mediası və hərbi müxbirlər Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu getdikcə daha çox müzakirə edirlər və Kreml Rusiya informasiya məkanını ya hərbi uğursuzluqlar təhlükəsini dəf etmək, ya da əks-hücum üçün hazırlayır.

Bundan əlavə, Rusiya prezidentinin ordu rəhbərləri ilə nümayişkaranə görüşləri hərbi komandanlıqda və ola bilsin ki, Kremlin bilavasitə yaxınlığında mütəmadi dəyişiklikləri təsdiqləyir. Ekspertlər hesab edirlər ki, Putin Lapini yenidən Luqansk istiqamətinə komandir təyin etməklə Vaqner PMC-nin təsirini tarazlaşdırmağa çalışıb.

//Gülnarə Abasova, Editor.az