Rusiya: Türkiyə-Suriya əlaqələrinin normallaşması üçün yol xəritəsi işlərinə başlandıbackend

Rusiya: Türkiyə-Suriya əlaqələrinin normallaşması üçün yol xəritəsi işlərinə başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriya-Türkiyə münasibətlərinin normallaşması üçün yol xəritəsi üzərində işlərə başlanıldığını bildirib.

Editor.az xarici mediaya istinadla bildirir ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən “Rusiya-İslam Dünyası: KazanForum”da çıxış edən Mixail Boqdanov Suriya-Türkiyə münasibətlərinin normallaşması istiqamətində görülən işlər barədə məlumat verib.

Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin bu çərçivədə yenidən bir araya gəlib-gəlməyəcəyi ilə bağlı məlumat verən Boqdanov bunun üçün hələlik bir tarix təyin edilmədiyini və Türkiyədəki seçkilərin yekunlaşmasını gözləməli olduqlarını bildirib. “İndi Türkiyədə seçkilərin nəticələrini gözləmək lazımdır. Bundan sonra türk həmkarlarımızla yenidən əlaqə saxlayacağıq və bütün bu məsələləri müzakirə edəcəyik”, – Boqdanov bildirib.

//Gülnarə Abasova, Editor.az