Rusiya: Türkiyə və Ukrayna taxıl müqaviləsinin 60 günlük uzadılmasına qarşı olduqlarını bildirməyiblərbackend

Rusiya: Türkiyə və Ukrayna taxıl müqaviləsinin 60 günlük uzadılmasına qarşı olduqlarını bildirməyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və ya Türkiyənin taxıl müqaviləsinin 120 gün əvəzinə 60 gün uzadılmasına qarşı olduqlarına dair heç bir bəyanat verilməyib.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski məlumat verib.

“Əgər digər iki tərəf (Türkiyə və Ukrayna) razılaşmanın 60 gün (120 gün əvəzinə) uzadılmasının əleyhinə olsaydılar, bizə yazılı şəkildə bildirməli idilər. bitəcəkdi. Amma bu baş vermədi”, – deyə o, bildirib.

Rusiyalı diplomat müqavilənin 120 gün müddətinə uzadılmamasının səbəbləri ilə bağlı Rusiya taxılının dünya bazarlarına çatdırılmasında olan maneələrin aradan qaldırılmadığını da xatırladıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya martın 18-də taxıl müqaviləsini 60 gün uzadıb. Ötən ilin iyulunda İstanbulda imzalanan taxıl müqaviləsinin müddəti əvvəlində 120 gün idi. Daha sonra, bu müddətin başa çatmasına yaxın müqavilənin müddəti daha 120 gün uzadıldı. Müqaviləyə Ukrayna taxılının ölkədən çıxarılması ilə yanaşı, Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxmasına mane olan məhdudiyyətlərin aradan qaldırılması şərti də yer almışdı. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar taxıl sazişini paket sazişi kimi görürlər, hər ikisinin şərtləri tətbiq olunmalıdır.

//Gülnarə Abasova, Editor.az