Rusiyada hərbi komissarlıqları yandırmağa çağırdılarbackend

Rusiyada hərbi komissarlıqları yandırmağa çağırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi məhbus Aleksey Navalnının davamçısı İvan Jdanov Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra rusları küçə aksiyalarına çıxmağa və hərbi komissarlıqları yandırmağa çağırıb.

Editor.az bildirir ki, bu barədə “Meduza” məlumat yayıb. Jdanovun sözlərinə görə, bizim komandamız istənilən formada etirazı dəstəkləyəcək. Əgər çağırışdan qaçırlarsa, bu yaxşıdır, biz onları dəstəkləyir, informasiya və hüquqi yardım göstərməyə hazırıq. Əgər etirazlara gedirsənsə, biz bunu dəstəkləyirik və zəruri olan koordinasiya yardımını göstərməyə hazırıq”. Navalnının qərargahı da etiraz əlaməti olaraq rusların hərbi komissarlıqları yandırmağa çağırılması haqda məlumatı təsdiqləyir. Belə olan halda etirazçılara da yardımlar vəd edilir.

//Samir,Editor.az