Rusiyada Ukraynanın adının dəyişdirilməsini tələb edirlərbackend

Rusiyada Ukraynanın adının dəyişdirilməsini tələb edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov hesab edir ki, Moskvada yerləşən Kiyev vağzalının adı dəyişdirilərək “Odessa” və ya “Kişinyov” adlandırılmalıdır.

Editor.az-ın xəbərinə görə, bu barədə Rusiya mənbələri yazıb. “Əgər adını dəyişmək istəyirsinizsə, gəlin Kiyev dəmiryol stansiyasına Odessa və ya Kişinyov adını verək. Bir mahnıda deyildiyi kimi: “Deməli, biz ora gedirik. Kişinyov vağzalı bizi Qərbə aparır”, – deyə siyasətçi teleqram kanalında yazıb. Kiyev vağzalının adının dəyişdirilməsi təklifini Liberal Demokrat Partiyasında da səsləndirlib. Dövlət Dumasının sözügedən partiyadan olan deputatı Vasili Vlasovun sözlərinə görə, Kiyev dəmir yolu vağzalını “Bryansk” adlandırmaq lazımdır.

Rusiya Kommunist Partiyasında bu təşəbbüs tənqid olunub. Bundan əvvəl Zaporojye administrasiyası Ukraynanın adının “İvano-Frankovsk və Lvov Ukrayna dövləti” adlandırılmasını təklif edib. Kp.ru saytının yazdığına görə, belə bir təkliflə Zaporojye hərbi-mülki administrasiyası şurasının üzvü Vladimir Roqov çıxış edib. Onun fikrincə, hazırda Kiyev millətçi rejiminin əsasını məhz Qərbi Ukraynanın nümayəndələri təşkil edir.

  Editor.az