Rusiyalı müxalifətçiyə 25 il həps cəzası kəsildibackend

Rusiyalı müxalifətçiyə 25 il həps cəzası kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müxalifətinin lideri Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə, Rusiya ordusu haqqında “saxta” məlumatlar yaymaqda və “arzuolunmaz” təşkilatların fəaliyyətində iştirak etməkdə təqsirli bilinib.

Bundan əlavə, o, 400 min rubl cərimə olunub, 7 il jurnalistika ilə məşğul olmaqdan məhrum edilib, həmçinin həps müddəti başa çatdıqdan sonra 1,5 il müddətinə azadlığı məhdudlaşdırılıb. “Rusiya azad olacaq, hamıya deyin!” – onun məhkəmənin hökmünə münasibəti belə olub. Siyasətçinin vəkili Maria Eismont bildirib ki, ittiham tərəfi vətənə xəyanətə görə 18 il, saxtakarlığa görə 9 il və “arzuolunmaz təşkilatda” iştiraka görə 4 il istəmişdi.

Rusiya qanunlarına gör, bir şəxs bir neçə maddə ilə təqsirləndirildikdə, ümumi həps müddəti 25 ildən çox ola bilməz. Qeyd edək ki, 2021-ci ilin fevralında “Bellingcat” istintaq qrupu müəyyən edib ki, Kara-Murza uzun müddət FSB əməkdaşları, o cümlədən Aleksey Navalnının zəhərlənməsinin iştirakçısı olduğu iddia edilən Konstantin Kudryavtsev tərəfindən izlənilib.

//Samir Qurbanov, Editor.az