Rusiyanın neçə “İsgəndər”i və “Kalibr”i qalıb?backend

Rusiyanın neçə “İsgəndər”i və “Kalibr”i qalıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Rusiyada raketlərlə bağlı “çətin vəziyyət” yaranıb: fevralın 24-dən bu günə qədər qanadlı raketlərin 55%-ni istifadə olunub.

Editor.az xəbər verir ki, bunu RBK-yə müsahibəsində Ukrayna kəşfiyyatının nümayəndəsi Vadim Skibitski deyib. Onun sözlərinə görə, “isgəndər”lərlə bağlı vəziyyət xüsusilə ağırdır. Onların təxminən 20% -i, bəlkə də daha az qalıb, – Skibitskiy deyib. “Kalibr”lərə gəlincə, onların sayı da o qədər böyük deyil.

Odur ki, işğalçılar yerüstü versiyada X-22 və S-300-dən istifadə edirlər. Lakin bu ehtiyatlar da tükənmək üzrədir, – kəşfiyyat nümayəndəsi əlavə edib. Ümumiyyətlə, onların yüksək dəqiqlikli silahları artıq son hədddədir. Bütün normativ sənədlərə görə, təxminən 30% ehtiyatı olmalıdır, bəzi növ raketlər isə demək olar ki, yoxa çıxıb. Məsələn, “İskəndər” tipli raketlər kimi. Ona görə də başqa vasitələrindən, məsələn “Qasırğa”, “Smerç”dən fəal şəkildə istifadə edirlər – bunlar da ki, qısa məsafələrə, 70-80, maksimum 100 kilometrə qədər atəş açmağa imkan verir. Bu sistemlər vasitəsilə Nikolaev, Zaporojye və Xarkov atəşə tutulur – Skibitskiy qeyd edib.

“Kinjal”lara gəlincə, indi işğalçıların əllərində onlardan çox az – 30-40 ədəd var idi. Bunlar xidmətə ilk daxil olan nümunələrdir. Onlar kütləvi istehsala getməyib, yalnız hipersəs silahlara sahib olduqlarını göstərərək, Ukraynaya və onun tərəfdaşlarına, xüsusən də ABŞ və Çinə güc nümayiş etdirmək üçün istifadə edirlər. Skibitskiy həmçinin bildirib ki, Belarus hava və raket zərbələri endirmək baxımından Ukrayna üçün təhlükə yaratmaqda davam edir, lakin quru müdaxiləsi təhlükəsi hələ ki, müşahidə olunmayıb.

  //Samir,Editor.az