Şahbuzda qadın faciəli şəkildə öldübackend

Şahbuzda qadın faciəli şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanın Şahbuz rayonunda qadın körpüdən çaya düşərək ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında kənd sakini 1960-cı il təvəllüdlü Bulqeyis Bağır qızı Bağırova kənddə olan körpüdən çaya düşüb. Kənd sakinləri onun meyitini dünən gecə saatlarında çaydan tapıblar.

Faktla bağlı araşdırma aparılır.