Samuxda narkokuryerlik edən şəxs saxlanılıbbackend

Samuxda narkokuryerlik edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Yevlax şəhər sakini Ceyhun Qasımov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qərb bürosuna bildirilib ki, tədbirlər nəticəsində ondan yeddi kiloqram tiryək, heroin, marixuana və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Ceyhun Qasımovun Samux rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Samux RPŞ əməkdaşları cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt aşkar ediblər. Qanunsuz dövriyyədən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.