Samuxda narkotik yetişdirən və oğurluq edən şəxslər saxlanılıb -FOTObackend

Samuxda narkotik yetişdirən və oğurluq edən şəxslər saxlanılıb -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Səxavət Əliyev saxlanılıb.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 12 ədəd ümumi çəkisi 4 kq-dan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumuna məxsus 1 baş iri buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Valeh Qurbanov və tanışı Sənan İsmayılov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər oğurladıqları heyvanı 300 mana Gəncə şəhərində satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

//İlham, Editor.az