Satqın polis rəisi qaçmağa imkan tapmadı, yaxalandıbackend

Satqın polis rəisi qaçmağa imkan tapmadı, yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Xarkov vilayətinin işğal olunmuş Balakleya şəhərinin polis idarəsinin “rəisini” saxlayıblar.

Editor.az xəbər verir ki, bu barədə sentyabrın 10-da Ukrayna Dövlət Təhqiqatlar Bürosunun(DTB) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, onu yeni azad olunmuş digər şəhərdə – Kupyanskda yaxalayıblar.

“Xain əvvəllər Balakliya polisinin rəhbərlərindən biri olub və işğalçılar buranı ələ keçirdikdə könüllü olaraq onlarla əməkdaşlığa razılaşıb. Bunun müqabilində o, “işğal olunmuş ərazinin rəisi” vəzifəsini alıb”, – məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən qovduqdan sonra o, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş digər hissəsinə qaçmaq qərarına gəlsə də, bunu etməyə imkan tapmayıb.

“Hazırda onunla bağlı həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı iş aparılır” – DTB-dan bildiriblər.

  /Samir, Editor.az