Səfər Mehdiyev hardadır? – Sabiq sədrdən heç bir iz yoxdurbackend

Səfər Mehdiyev hardadır? – Sabiq sədrdən heç bir iz yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri general-polkovnik Səfər Mehdiyevin infarkt keçirərək “Uniklinika”ya  yerləşdirilməsi barəsində mətbuatda məlumatlar yayılıb.

“Yeni Sabah” sabiq sədrin durumu ilə maraqlanmaq üçün sözügedən klinika ilə telefon əlaqəsi saxlayıb. Amma klinika əməkdaşı sualı dinləyən kimi telefonu söndürüb və redaksiyanın nömrəsini bloklayıb. Bu reaksiya Mehdiyevlə bağlı şübhəni artırıb və redaksiyanın əməkdaşı sözügedən klinikaya yollanıb.

Yasamal rayonu ərazisində yerləşən xəstəxananın əməkdaşları bu haqda hər hansı məlumat verməkdən çəkiniblər. Həkimlərdən biri isə jurnalist olduğumuzu gizlətdiyimiz üçün açıq danışıb və bu günlərdə xəstəxananın reanimasiya şöbəsinə xəstə yerləşdirildiyini, lakin onun haqda heç bir məlumatı olmadığını deyib.

Klinikanın stasionar şöbəsinə Səfər Mehdiyevlə bağlı sorğu verdikdə isə bildirildi ki, onlarda bu ad-soyadda xəstə yoxdur:

“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi nəzərdə tutursunuzsa, ehtimal ki, Dövlət Gömrük Komitəsinin hospitalına yerləşdirilib” – deyə cavab verildi.

“Uniklinika”da Mehdiyevlə bağlı heç bir iz tapa bilmədiyimizdən Mərkəzi Gömrük Hospitalına da baş çəkdik. Orada da, S. Mehdiyevdən heç bir soraq ala bilmədik.