Sergey Lavrov: Ukraynadakı münaqişənin dərhal bitməsini istəyirikbackend

Sergey Lavrov: Ukraynadakı münaqişənin dərhal bitməsini istəyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyaya gedib.

Burada həmkarı Vieyra ilə görüşən Lavrov birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalar verən Lavrov, “Ukraynadakı münaqişənin bir an əvvəl bitməsini istəyirik. Baş verənlərin səbəblərini və güddüyümüz məqsədləri ətraflı izah etdik”, – deyib.

Lavrov müharibənin başa çatması üçün şərtləri də sadalayıb: “Bu planlar ilk növbədə Ukrayna ərazisində Rusiya Federasiyasının təhlükəsizliyinə heç bir təhlükənin olmamasının zəmanətindən ibarətdir.

Qərb uzun illərdir ki, belə planları həyata keçirir. İkinci vəzifə Ukrayna parlamentində qəbul edilmiş qanunlar toplusudur. Belə ki, illərdən bəri Rusiya təhsilini, mediasını, mədəni tədbirləri qadağan edən, kitabxanalardakı milyonlarla cild rusdilli kitabların qəsdən məhv edildiyi Ukraynanın şərqində və cənubunda hüquqları pozulan rusdilli əhalinin həyatını qorumaq istəyirik”, – Lavrov deyib.

//Samir Qurbanov,Editor.az