Şərtlər açıqladı, Almaniya “U dönüşü” etdi – ŞOK NÜVƏ QƏRARIbackend

Şərtlər açıqladı, Almaniya “U dönüşü” etdi – ŞOK NÜVƏ QƏRARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii qaz alışında böyük ölçüdə Rusiyadan asılı olan Almaniya sərt qışa hazırlaşır. Almaniya görülən tədbirlər çərçivəsində “U dönüşü” edərək nüvə planından geri çəkilmək qərarına gəlib…

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir göstərməkdə davam edir.

Kreml Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağını elan etdikdən sonra Almaniya hərəkətə keçib.

İqtisadiyyat naziri Robert Habeck 2011-ci ildə o vaxtkı kansler Angela Merkelin elan etdiyi sıfır nüvə siyasətinin dayandırılmasını nəzərdə tutan bəyanatla çıxış edib.

“Ölkədə açıq olan üç atom elektrik stansiyasından ikisi hər ehtimala qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fəaliyyət göstərəcək” – Hökumətin anti-nüvə tərəfdaşı olan Habeck söyləyib.

Almaniyanın qərarı xarici mətbuatda “U dönüşü” kimi şərh edilib.

Qeyd edək ki, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəniş etməkdən imtina edən “GasTerra”ya təbii qaz axınını dayandıracağını açıqlayıb.

“GasTerra” isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, “Qazprom”un Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Həmçinin xatırladaq ki, Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşib.

Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Musavat