Şok! Ukrayna radiosunun efirində Rusiyanın dövlət himni səslənibbackend

Şok! Ukrayna radiosunun efirində Rusiyanın dövlət himni səslənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə və səhər Ukrayna radiosunda qəfildən rus proqramları peyda olub, o cümlədən işğalçı ölkənin himni səslənib.

Editor.az xəbər verir ki, bu barədə jurnalist Aleksandr Şvets Facebook-da yazıb. Onun sözlərinə görə, söhbət “Vesti FM” təbliğat radiostansiyasından gedir.

“Düşünürəm: bu ola bilməz! Axı müharibədir, işğalçı ölkənin ordusu şəhərlərimizi dağıdır, dinc sakinlərimizi qətlə yetirir, oğurlanmış minlərlə ukraynalını, o cümlədən uşaqları oğurlayır və bu zaman Kiyevdə səssizcə işğalçıların hərəkətlərinə bəraət qazandırılan verilişlər yayımlanır və “banderaitlərin hiyləgərliyindən” bəhs olunur. Qəzəblə radioqəbuledicini söndürərək düşündüm ki, kiberməkanda növbətçilik edən xüsusi xidmət orqanlarımız yəqin ki, bu məsələdə tez bir zamanda asayişi bərpa edəcəklər – düşmənin radio stansiyasının səsini kəsəcəklər.

Elə şey yoxdur. Mən saat 6:00-da radionu yandırıram və orada Rusiya himni səslənirdi!” – Şvets qəzəblə deyir. Televiziya və Radio Yayımları üzrə Milli Şuranın rəhbəri Olqa Gerasimyuk şərhdə hadisəyə belə münasibət bildirib. “Bəzən belə şeylər baş verir və Ukraynada daim bunun üzərində işləyirlər. Xüsusilə, hər birimiz, vətəndaşlarımız. Bu, müharibədir! Və hər birimiz bir döyüşçüyük. Əgər kimsə bunun fərqinə varırsa, bunu Fb-da yazmaq deyil, aidiyyatı orqanlara məlumat vermək lazımdır Gerasimyuk daha sonra əlavə edib ki, bütün dalğa uzunluğu diapazonu skan edilib, lakin düşmən radiostansiyaları aşkar edilməyib.

  //Samir,Editor.az