Türkiyədə seçkilər: “Ermənilər əbəs yerə düşünürlər ki…”-  ŞƏRHbackend

Türkiyədə seçkilər: “Ermənilər əbəs yerə düşünürlər ki…”-  ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Hətta bir çox analitiklər bu seçkiləri 2023-cü ilin bir nömrəli hadisəsi kimi təqdim edirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq Türkiyədəki bütün növ seçkilərin hər zaman demokratik, ədalətli və güclü rəqabət əsasında keçirildiyi qənaətindədir:

“Ən təcrübəli ictimai quruluşlar belə seçkilərin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bu seçkilərin nəticələri yalnız Türkiyə vətəndaşlarını deyil, Yaxın Şərqi, Qafqaz, Orta Asiya və Balkan ölkələrini, eləcə də bu bölgələrdə marağı olan super gücləri dərindən maraqlandırır. Artıq əsas rəqabətin Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Cumhur  İttifaqı ilə K.Kılıcdaroğlunu dəstəkləyən Millət İttifaqı arasında gedəcəyi məlumdur. Regionda hazırkı proseslər Türkiyənin bu günü və gələcəyi, AK partiya və Ərdoğanın son 20 ildə görmüş olduğu işlər deməyə əsas verir ki, bu seçkilərin qalibi Cumhur İttifaqı və Ərdoğan olacaq. Eyni zamanda bu seçkilərin nəticələri haqlı olaraq Azərbaycan dövlətini və xalqımızı da ciddi maraqlandırır. Çünki Azərbaycan-Türkiyə qardaşlığı məhz prezident İlham Əliyevlə R.T Ərdoğan dönəmində tarixin heç bir zamanda olmadığı bir səviyyəyə çatmışdır ki, bu da bəzilərini narahat edir. Konkret olaraq Ermənistanda açıq bəyan edirlər ki, onlar Azərbaycanla imzalanacaq sülh müqaviləsinə Türkiyədə keçiriləcək seçkilərdən sonra baxmağı düşünürlər. Səbəb sadədir, Kılıcdaroğlunu dəstəkləyən Millət ittifaqının içində 2009-cu ildə ermənilərlə imzalanmış və Türkiyə-Ermənistan sərhədlərinin açılmasını hədəfləyən bədnam “Sürix protokolu”nun müəllifləri və ilhamvericiləri var.  Ermənilər əbəs yerə düşünürlər ki, Ərdoğanın hakimiyyətdən getməsi Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaradar və onlar da bu durumdan faydalanarlar. Bu erməni xülyaları tarixin bütün dönəmlərində suya düşdüyü kimi yenə də doğrulmayacaq. Əvvəla Ərdoğan böyük ehtimalla birinci turda qalib gələcək, ikincisi, Azərbaycan artıq regionda hesablaşılan ciddi bir gücdür üçüncüsü, türk millətinin iradəsi Azərbaycanın tərəfindədir”.

//Gülnarə Abasova, Editor.az