Türkiyəyə qarşı şok: Ordu hazır vəziyyətdə…backend

Türkiyəyə qarşı şok: Ordu hazır vəziyyətdə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Yunanıstan arasında gərginliyin artdığı bir vaxtda Cənubi Kipr Respublikasının müdafiə naziri Çaralambos Petridesdən diqqətçəkən bir açıqlama gəlib.

Cənubi Kiprin müdafiə naziri Çaralambos Petrides Türkiyəyə qarşı hədələyici ifadələr işlədib.

Lefkoşada hərbi məktəbin açılış mərasimində çıxış edən nazir Milli Qvardiya Ordusunun ola biləcək gərginliyə qarşı daim hazır vəziyyətdə olması lazım olduğunu bildirib.

Cənubi Kipr Milli Ordusunun əməliyyat imkanlarını artıracaqlarını qeyd edən Petrides Türkiyənin “uzlaşmayan tərəf” olduğunu iddia edib.

 

“Türkiyə yayılmacı siyasətləri ilə Yunanıstan və Kiprə qarşı qeyri-qanuni hərəkət və pozuntuları artırdı”,- deyən nazir ordunun daim hazır vəziyyətdə olmasının lazım gəldiyini bildirib.

Teleqraf.com