Ukrayna: “Aldığımız “Patriot” sistemləri ballistik hədəfi vurmaq qabiliyyətini artırır”backend

Ukrayna: “Aldığımız “Patriot” sistemləri ballistik hədəfi vurmaq qabiliyyətini artırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov sosial media hesabından verdiyi açıqlamada hava və raketdən müdafiə sistemlərinin Ukraynanın müdafiəsi üçün çox vacib olduğunu bildirib.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, nazir çoxsəviyyəli hava və raketdən müdafiə sistemlərinin ən qısa zamanda əldə edilməsinin onların prioritetlərindən biri olduğuna diqqət çəkib.

“Bu, şəhərlərimizi, kritik infrastrukturumuzu və insanlarımızı qorumaq deməkdir”,-deyə o, bildirib.

O qeyd edib ki, Almaniya, Hollandiya və ABŞ-ın Ukraynaya tədarük etdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri əvvəllər olmayan ballistik hədəfi vurmaq qabiliyyətini artırır.

Almaniyanın “IRIS-T” müdafiə sistemlərinin qanadlı raketlərlə mübarizə qabiliyyətini də artırdığına diqqət çəkən Reznikov, IRIS-T NASAMS kimi özünü mükəmməl şəkildə sübut etdiyini bəyan edib.

//Safura Bənnayeva, Editor.az