Ukrayna ordusu düşmənə sarsıdıcı zərbələr endiribbackend

Ukrayna ordusu düşmənə sarsıdıcı zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiəçiləri gün ərzində rus işğalçılarının cəmləşdiyi ərazilərə 10-dan çox, zenit-raket komplekslərinə isə üç hava zərbəsi endiriblər.

Editor.az bildirir ki, bu barədə Ukrayna qüvvələrinin mayın 16-da saat 18:00-a olan operativ məlumatda bildirilir. Hesabatda həmçinin qeyd olunur ki, raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 5 ərazini, üç elektron döyüş məntəqəsini, iki silah-sursat anbarını və bir məntəqəsini vurublar.

Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi rayonlara 13, eləcə də düşmənin zenit-raket komplekslərinə 3 zərbə endirib. Bu günlər ərzində müdafiəçilərimiz 1 İran PUA-nı və iki kəşfiyyat təyyarəsini də sıradan çıxarıb”, – məlumatda deyilir.

  //Samir Qurbanov,Editor.az