UNICEF: “Pandemiya dövründə uşaq peyvəndlərinə inam azaldı”backend

UNICEF: “Pandemiya dövründə uşaq peyvəndlərinə inam azaldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) COVİD-19 dövründə dünyada uşaq peyvəndlərinə inamın azaldığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə UNICEF “Dünya Uşaqlarının Vəziyyəti 2023: Hər Uşaq üçün Peyvənd” adlı dərc etdiyi hesabatda bildirib.

Hesabatda 2019-2021-ci illərdə 67 milyon uşağın peyvənd olunmadığı, 48 milyon uşağın isə ümumiyyətlə peyvənd olunmadığı bildirilib. Uşaqların peyvənd nisbətlərinin azalmasında əsas amillərin təzyiq altında olan sağlamlıq sistemləri, resursların azalması və başqa yerlərə ötürülməsi, inamın azalması olduğu bildirilən hesabatda pandemiya dövründə uşaq peyvəndlərinin yüzdə 44 azaldığı da qeyd olunub.

Dövlətlər peyvənd maliyyələşdirməsini artırmağa və xəstəliyin yayılmasının qarşısını almaq və uşaqları qorumaq üçün lazımi qaynaqları təmin etməyə çağırılıb. Bildirilib ki, belə davam edərsə peyvəndlə qarşısı alına biləcək xəstəliklər uşaq ölümlərinə səbəb ola biləcək.

//Gülnarə Abasova, Editor.az