Xankəndidə silah və sursat aşkarlanıbbackend

Xankəndidə silah və sursat aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftəsonu Xankəndi şəhərində 12 silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da və 7-də Xankəndidən 10 ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, bir tüfəng, 18 qumbara, 19 alışdırıcı, üç trotil, 57 patron darağı, 4 467 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

Bundan başqa, həftəsonu paytaxt və respublikanın ayrı-ayrı rayonlarında dörd tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər çərçivəsində aprelin 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bir tapança, bir tüfəng, bir patron darağı və səkkiz ədəd patron aşkar edilərək götürülüb.