Xankəndindəki “qorxaq general” həbs olundubackend

Xankəndindəki “qorxaq general” həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qarabağlı ermənilərin silahlı birləşmələrinin sabiq komandanı, “general-leytenant” Mikael Arzumanyan həbs olunub.

İrəvandan Xankəndinə yönələn M.Arzumanyan 2 saat əvvəl Ermənistanın Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.

O, Xankəndinə, mitinqə yönəlirdi.

M.Arzumanyan Ermənistan İstintaq Komitəsinin sanksiyası ilə tutulub.

M.Arzumanyan ermənilər arasında “qorxaq general” kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan “komandan” təyin edilmişdi.

Milli.Az